DSCN9261[1].JPG
26 sentyabr 2014

“Azərbaycan şəhərciyin”də caz musiqisinə həsr edilmiş konsert olub

Azərbaycanın mədəni dəyərlərini fransızlara tanıtmaq məqsədilə Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Parisin VI rayonundakı San-Sülpis meydanında təşkil olunan “Azərbaycan şəhərciyi” çərçivəsində keçirilən tədbirlərin səkkizinci günü caz musiqisinə həsr olunub.

 

Konsertdə gənc caz ifaçısı Elçin Şirinov Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa edib. E.Şirinovu Samuel Laserson və Con Skot zərb alətlərində və kontrabasda müşayiət ediblər.


FOTO