1411853194570535932_600x400.JPG
27 sentyabr 2014

Parisdə təşkil olunan “Azərbaycan şəhərciyi”ndə muğamlar və xalq mahnıları səsləndirilib

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisin VI rayonundakı San-Sülpis meydanında təşkil olunan “Azərbaycan şəhərçiyi“ çərçivəsində sentyabrın 27-də muğamlar və xalq mahnıları səsləndirilib.

 

Konsertdə gənc xanəndə Kamilə Nəbiyeva “Qarabağ şikəstəsi”, “Mənim Azərbaycanım”, “Aşiqəm, kimə yalvarım”, “Küçələrə su səpmişəm“, “Azərbaycan maralı“ və digər xalq mahnılarını ifa edib. Gənc xanəndəni tarda respublikanın Əməkdar Artisti Sahib Paşazadə, kamançada Xəyyam Məmmədov, nağarada Eyvaz Mütəllimov müşayiət ediblər.


FOTO