2 iyun 2014

UNESCO-nun mənzil-qərargahında Azərbaycan mətbəxi həftəsi başlayıb

İyunun 2-də UNESCO-nun mənzil-qərargahında Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə “Əsrlərdən bəri qorunub saxlanılan ənənəvi təamlar” adlı Azərbaycan mətbəxi həftəsi başlayıb.

 

Məqsəd Azərbaycanın mənsub olduğu qədim mətbəx mədəniyyətinin bir həftə ərzində UNESCO-da təbliğidir.

 

UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyasının iştirakçı dövlətlərinin Baş Assambleyasının 5-ci sessiyasının iclasları ilə eyni vaxta təsadüf edən tədbirin ilk günü uğurla başa çatıb. UNESCO-nun əməkdaşları və qurumda təmsil olunan müxtəlif millətlərin nümayəndələri azərbaycanlı aşpazların hazırladığı yeməklərə böyük maraq göstəriblər.