2013-cü il mayın 18-də Fransanın Leql şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində sərgi və konsert təşkil olunub.
Sərgidə xalqımızın tarixi, mədəni dəyərlərini əks etdirən eksponatlar nümayiş olunub. Sərgiyə gələnlərə Heydər Əliyev Fondunun Azərbaycan haqqında nəşrləri paylanıb.
Sərgidən sonra şəhər bələdiyyəsinin binasında etno-caz musiqisindən ibarət konsert təşkil olunub.