Şabran rayonu Gilavar kənd orta məktəbi

  • Layihə
  • Foto


Şabran rayonu Gilavar kənd orta məktəbi Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa edilib. 2013-cü il sentyabrın 16-da məktəb istifadəyə verilib.

 

XX əsrin əvvəllərində tikilmiş bina qəzalı vəziyyətdə olduğundan tamamilə sökülüb və yeni bina inşa edilib. Ümumi sahəsi 963 kv. metr olan birmərtəbəli məktəb 100 şagird yerlikdir. Yeni binada 8 sinif otağı, 1 laboratoriya,1 kitabxana, kompyuter otağı, direktor, müəllimlər otağı, güləş, tennis, şahmat zalları var. Məktəbin həyətində futbol və basketbol meydançası salınıb. Bina qazanxana və istilik sistemi ilə təchiz edilib.

 

Məktəb yeni tədris vəsaiti, zəngin ədəbiyyat və müasir avadanlıqlarla təchiz olunub.



Paylas:

1.gif
2.gif
3.gif
4.gif
5.gif
6.gif
7.gif
8.gif
09.gif
10.gif
11.gif
12.gif