Sabirabadda Narlıq kənd Əhmədağa Səmədov adına orta məktəb

  • Layihə
  • Foto


Sabirabad rayonunda Narlıq kənd Əhmədağa Səmədov adına orta məktəbin yeni binası Heydər Əliyev Fondu tərəfindən inşa olunub.

 

İkimərtəbəli bina 300 şagird yerlikdir və 4 korpusdan ibarətdir. Məktəbdə fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası yaradılıb. Həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb.

 

Təhsil müəssisəsi zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib.


1.jpg
4.jpg
5.jpg
6.jpg
7.jpg