Azərbaycan Xalça Muzeyi

  • Layihə
  • Foto


Ölkəmizin nadir incilərindən olan xalçaların daha geniş və səmərəli nümayişi məqsədilə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycan Xalça Muzeyi üçün xüsusi bina tikilməsi qərara alınıb və 2008-ci il mayın 15-də Dənizkənarı Milli Parkda binanın təməlqoyma mərasimi keçirilib.

 

2014-cü il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Muzeyin açılışında iştirak ediblər.

 

Lətif Kərimov adına Azərbaycan Xalça Muzeyi Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və UNESCO-nun dəstəyi ilə inşa olunub.

 

Bükülmüş xalçanı xatırladan binanın müəllifi tanınmış avstriyalı memar Frans Yantsdır. Binada sərgi salonu, kitabxana, toxuma və tikmə mərkəzi, suvenir və kitab köşkü, danışıqlar və audiovizual təqdimatlar otağı, həmçinin açıq havada heykəllərin və xalçaların nümayişi üçün sahə var.

 

Muzeydə Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi, metal məmulatlar, parça, geyim və tikmə, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiya mühafizə olunur. Hazırda muzeyin sərgi və fondlarında 13 min 300-dən artıq eksponat və əşya saxlanılır.

 

Muzeyin fondunda mövcud olan xalça və xalça məmulatlarının saxlanılması və konservasiyası 2013-cü ildə Bakıya dəvət edilmiş və bu sahədə zəngin təcrübəsi ilə dünyada məşhur olan Viktoriya və Albert Muzeyinin parçalarının konservasiyası üzrə mütəxəssis Luis Squirerin tövsiyələri və tərtib etdiyi təlimatlar əsasında təmin olunur.



Paylas:

01.jpg
02.jpg
032.jpg
033.jpg
034.jpg
035.jpg
036.jpg