Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2014-cü il iyulun 23-dən avqustun 1-dək VI Qəbələ Beynəlxalq Musiqi Festivalı keçirilib.
2009-cu ildən başalayaraq hər il Qəbələ şəhərində Beynəlxalq musiqi festivalı keçirilir. Festival çərçivəsində gənc pianoçuların beynəlxalq müsabiqəsi, muğam, klassik, kamera, caz, vokal musiqisi konsertləri təşkil olunur. Festivallarda dünyanın bir çox ölkələrindən tanınmış musiqiçilər, dünya şöhrətli simfonik və filarmonik orkestrlər çıxış edirlər.