002.JPG
9 may 2014

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uşaq evləri və internat məktəblərinin sakinləri üçün bayram şənliyi keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi münasibətilə uşaq evləri və internat məktəblərinin sakinləri üçün bayram şənliyi keçirilib.

 

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən tədbirdə uşaq evi və internat məktəblərinin 200-dən çox sakininə bayram süfrəsi açılıb.

 

Leyla Əliyeva süfrə ətrafında uşaqlarla söhbət edib.

 

Şənlikdə iştirak edən uşaqlara hədiyyələr təqdim olunub.


FOTO