1.jpg
12 noyabr 2015

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Mərdəkan qəsəbəsində 91 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

Noyabrın 12-də Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən 91 nömrəli körpələr evi-uşaq bağçasının yenidənqurmadan sonra açılışı olub. 


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak ediblər.

 

1963-cü ildən fəaliyyət göstərən körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində 2015-ci ildə yenidən qurulub. Bina iki mərtəbədən ibarətdir. Əvvəllər bu müəssisədə 75 uşaq təlim-tərbiyə alırdısa, indi 2-6 yaş arasında 200 uşağa qayğı göstəriləcək. 10 qrupun fəaliyyət göstərəcəyi bağçada balacaların təlim-tərbiyəsi ilə peşəkar pedaqoji heyət məşğul olacaq. Müəssisə lazımi inventarla təchiz edilib. Burada balacaların bacarıq və istedadlarını üzə çıxarmaq üçün hərtərəfli şərait yaradılıb. Uşaqlar xüsusi dərnəklərdə rus və ingilis dillərini də öyrənəcəklər. Körpələr evi-uşaq bağçasının həyətində yaşıllaşdırma işləri aparılıb, əyləncə qurğuları quraşdırılıb.

 

Xəzər rayonunda görülən işlərə, o cümlədən ən müasir standartlar səviyyəsində qurulan yeni bağçanın inşasına görə dövlətimizin başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya sakinlər adından minnətdarlıq bildirilib.


FOTO