003.JPG
12 noyabr 2015

Binə qəsəbəsində 84 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verilib

Noyabrın 12-də Xəzər rayonunun Binə qəsəbəsində şəhid Ərəstun Bəylərov adına 84 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verilib. 


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva məktəbəqədər müəssisənin açılışında iştirak ediblər.

 

1984-cü ildən fəaliyyət göstərən müəssisə Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində bu ilin may ayında sökülərək yerində ikimərtəbəli uşaq bağçası tikilib. On qruplu 109 yerlik müəssisədə uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb. Körpələr evi-uşaq bağçasında uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar var. Bütün otaqlar lazımi avadanlıqla təchiz edilib. Bağçanın həyətyanı sahəsində müxtəlif attraksionlar quraşdırılıb, dekorativ ağaclar əkilib, yaşıllıq sahəsi salınıb.


FOTO