002.JPG
14 may 2010

Mehriban Əliyeva YUNİSEF-in regional direktoru Stiven Allen ilə görüşüb

Mayın 14-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Bakıda səfərdə olan YUNİSEF-in Mərkəzi, Şərqi Avropa və MDB ölkələri üzrə regional direktoru Stiven Allen ilə görüşmüşdür. 

 

Qonağı səmimi salamlayan Mehriban xanım Əliyeva son illər Azərbaycan ilə YUNİSEF arasında sıx əlaqələrin və səmərəli əməkdaşlığın mövcud olduğunu bildirmişdir. Azərbaycanda qadın və uşaq hüquqlarının qorunması sahəsində böyük işlərin görüldüyünü vurğulayan Mehriban xanım Əliyeva bu sahədə YUNİSEF kimi təşkilatların dəstəyinin vacib olduğunu söyləmişdir.

 

Heydər Əliyev Fondu ilə YUNİSEF arasında işgüzar əlaqələrin qurulduğunu diqqətə çatdıran Mehriban xanım Əliyeva, hər iki təşkilatın birgə layihələr həyata keçirdiyini qeyd etmişdir.

 

Azərbaycanın birinci xanımı bu görüşdən sonra ikitərəfli əməkdaşlığın daha da genişlənəcəyinə ümidvar olduğunu söyləmişdir.

 

Bir neçə gündür Bakıda olduğunu deyən YUNİSEF-in Mərkəzi, Şərqi Avropa və MDB ölkələri üzrə regional direktoru Stiven Allen qeyd etmişdir ki, Heydər Əliyev Fondunun fəaliyyəti ilə daha yaxından tanış olmaq arzusundadır.

 

Görüşdə Fond ilə YUNİSEF arasında mövcud əlaqələr və görüləcək işlər müzakirə edilmişdir. 


FOTO