001.jpg
11 fevral 2013

Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora ilə görüş

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 11-də Macarıstanın ölkəmizdəki səfiri Jolt Çutora ilə görüşüb.


Əlaqələrimizin dostluq münasibətlərinə əsaslandığını deyən Mehriban Əliyeva iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğunu deyib. Heydər Əliyev Fondunun da bu baxımdan fəaliyyətini qeyd edən Mehriban Əliyeva Macarıstan hökuməti ilə birgə layihələrin reallaşdırılması barədə danışıqların getdiyini vurğulayıb. Həmin layihələrdən birinə əsasən Macarıstanın paytaxtında fiziki qüsurlu insanlar üçün reabilitasiya mərkəzi inşa olunacaq. 


Görüşdə Heydər Əliyev Fondunun xaricdə müxtəlif layihələr həyata keçirdiyi vurğulanıb, belə layihələrdən birinin məhz Macarıstanda reallaşacığından məmnunluq ifadə edilib.


FOTO