загруженное.jpg
15 mart 2013

Koreya Respublikasının Azərbaycandakı səfiri Çoy Sukin ilə görüş

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 15-də Koreya Respublikasının Azərbaycandakı səfiri Çoy Sukin ilə görüşüb.


Mehriban Əliyeva Azərbaycan və Koreya arasındakı münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğuladı, münasibətlərin yüksəlməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin önəmini qeyd etdi.


Heydər Əliyev Fondunun da münasibətlərin inkişafına töhfəsini verəcəyinə əminliyini söyləyən Mehriban Əliyeva Koreya təşkilatları ilə əməkdaşlığa hazır olduqlarını qeyd etdi.


Fondun fəaliyyəti barədə məlumat verən Mehriban Əliyeva Azərbaycanda və xaricdə həyata keçirilən layihələrdən danışdı, Fondun Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliğinə xüsusi önəm verdiyini vurğuladı.


Tanışlıq xarakteri daşıyan görüşdə Koreya Respublikası ilə birgə həyata keçirilə biləcək layihələr, xüsusən gənclərin təhsil mübadiləsi məsələsi ətrafında fikir mübadiləsi aparıldı.


FOTO