1.jpg
17 dekabr 2013

Mehriban Əliyeva italiyalı aktrisa Ornella Muti ilə görüşüb

Dekabrın 17-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İtaliyanın dünya şöhrətli aktrisası Ornella Muti ilə görüşüb.

 

Qonağı Bakıda görməkdən şad olduğunu deyən Mehriban Əliyeva aktrisaya Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində gördüyü işlərdən danışdı.

 

İtaliyada Mehriban Əliyeva ilə görüşlərini məmnunluqla xatırlayan Ornella Muti “Crystal Hall”da onun aparıcılığı ilə keçiriləcək “San-Remo festivalının ulduzları Bakıda” adlı konsert proqramı haqda məlumat verdi.

 

Bir il bundan əvvəl Bakıda olduğunu xatırladan aktrisa şəhərin daha da gözəlləşdiyini vurğuladı, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin təbliği istiqamətində gördüyü işlərin əhəmiyyətini qeyd etdi.


FOTO