DSC_1316.jpg
3 iyun 2014

Mehriban Əliyeva Roma şəhərinin meri İqnatsio Marino ilə görüşüb

İtaliyada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 3-də Roma şəhərinin meri İqnatsio Marino ilə görüşüb.

 

Azərbaycan ilə İtaliya arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyən Roma meri bu əməkdaşlıqdan məmnunluğunu dilə gətirib. İqnatsio Marino Azərbaycanla İtaliya arasında humanitar, iqtisadi, siyasi, energetika və digər sahələrdə geniş əlaqələrin olduğunu bildirib, münasibətlərin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

 

Azərbaycanın qədim və zəngin mədəniyyətə malik ölkə olduğunu qeyd edən İqnatsio Marino mədəniyyətimizin təbliği istiqamətində Heydər Əliyev Fondu tərəfindən görülən işləri yüksək qiymətləndirib. O, Romanın Kapitolini Muzeyinin “Filosoflar zalı”nda Heydər Əliyev Fondunun dəstəyi ilə təmir işlərinin aparılmasına görə Mehriban Əliyevaya minnətdarlığını bildirib.

 

Mehriban Əliyeva keçirilən görüşün əhəmiyyətini vurğulayıb, Fond tərəfindən Vatikanda görülən işlərdən danışıb. Romada Nizami Gəncəvinin abidəsinin ucaldılmasına görə bir daha şəhər merinə minnətdarlığını bildirən birinci xanım İqnatsio Marinonu Azərbaycana səfərə dəvət edib.

 

Sonra Mehriban Əliyevaya Romanın mərkəzi küçələrindən olan Alezandrina küçəsində başlanılan arxeoloji qazıntılar haqda məlumat verilib. Roma meri bu layihəni Azərbaycanla birgə həyata keçirmək arzusunda olduğunu söyləyib. Mehriban Əliyeva isə Heydər Əliyev Fondunun İtaliya ilə elm, mədəniyyət və digər sahələrdə birgə layihələr həyata keçirməkdə hər zaman maraqlı olduğunu bildirib.

 

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.


FOTO

VİDEO