001.jpg
2 oktyabr 2014

Mehriban Əliyeva ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşüb

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 2-də ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşüb.


Əbdüləziz bin Osman əl-Tüveycriyə IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirakına görə minnətdarlığını bildirən Mehriban Əliyeva Heydər Əliyev Fondu ilə ISESCO-nun yaxından əməkdaşlıq etdiyini diqqətə çatdırıb.


Forumda iştirak etməkdən məmnunluğunu bildirən Əbdüləziz bin Osman əl-Tüveycri də ISESCO ilə Heydər Əliyev Fondunun birlikdə uğurlu layihələr həyata keçirdiyini deyib. Baş direktor ISESCO-nun irəli sürdüyü təşəbbüsləri dəstəklədiyinə görə Mehriban Əliyevaya minnətdarlığını bildirib.


Söhbət zamanı Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən də danışılıb.


VİDEO