001.jpg
17 may 2015

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasseri ilə görüş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 17-də BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasseri qəbul ediblər.


Nassir Abdulaziz Al-Nasser Bakıda gedən yüksək inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını bildirib. Bakıda keçiriləcək birinci Avropa Oyunlarının mühüm əhəmiyyət daşıdığını vurğulayan qonaq Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəmindən də söz açıb, təmsil etdiyi qurumun Forumun etibarlı tərəfdaşı olmasından məmnunluğunu bildirib. O, Azərbaycanda millətlər, dinlər, mədəniyyətlərarası dialoqun və qarşılıqlı anlaşma siyasətinin davam etdirilməsi işini yüksək dəyərləndirib, “Bakı prosesi”nə verdiyi töhfəyə görə Prezident İlham Əliyevə minnətdarlıq edib.


Qonaq 2016-cı ildə Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda dünyanın ən nüfuzlu qurumlarının və görkəmli şəxsiyyətlərinin iştirak edəcəklərini də bildirib.


Prezident İlham Əliyev isə Azərbaycanda keçirilən digər beynəlxalq tədbirlər kimi, 2016-cı ildə Bakıda BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunun da yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edib.


Görüşdə 2016-cı ildə Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna hazırlıq prosesi ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


FOTO

VİDEO