03_FOND-GORUSH-ITALIYA-PARLAMENT.JPG
14 oktyabr 2011

İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüş

Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban Əliyeva oktyabrın 14-də İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, senator xanım Rossana Boldinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.


Azərbaycanın birinci xanımı İtaliya nümayəndə heyətini səmimiyyətlə salamlayaraq, onları Azərbaycanın paytaxtında görməkdən məmnun olduğunu bildirmişdir. Mehriban xanım Əliyeva Fondun fəaliyyətindən danışmışdır. Birinci xanım demişdir ki, Fond Azərbaycanda və onun hüdudlarından kənarda müxtəlif layihələr həyata keçirmişdir.


Dostluq qrupunun Azərbaycana səfərini yüksək qiymətləndirən Mehriban xanım Əliyeva bu səfərin iki ölkə arasındakı əlaqələrin inkişafına töhfə verəcəyindən əminliyini vurğulamışdır. Qonaqların işinə uğur diləyən Heydər Əliyev Fondunun prezidenti səfər çərçivəsində onları Azərbaycan xalqının fəxarət mənbəyi olan Bakı ilə yaxından tanış olmağa dəvət etmişdir.


İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, senator xanım Rossana Boldi Heydər Əliyev Fondunun Prezidentinə görüş üçün təşəkkürünü bildirmişdir. Xanım R.Boldi demişdir ki, Bakıya 9 nəfərlik nümayəndə heyəti ilə gəlmələri İtaliya Hökumətinin Azərbaycana verdiyi yüksək dəyərin bariz nümunəsidir.


Görüşün sonunda xatirə şəkli çəkdirilmişdir.


FOTO