003.JPG
10 oktyabr 2011

Bolqarıstanın sabiq Prezidenti Peter Stoyanov ilə görüş


Oktyabrın 10-da Azərbaycanını birinci xanımı Mehriban Əliyeva Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda iştirak edən Bolqarıstanın sabiq Prezidenti Peter Stoyanov ilə görüşmüşdür.


Bolqarıstanın sabiq Prezidentini salamlayan Mehriban xanım Əliyeva Bakı Beynəlxalq Humanitar Forumunun mədəni əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirmişdir.


Birincixanım Mehriban Əliyeva Azərbaycan-Bolqarıstan əlaqələrindən danışaraq, ümummilli lider Heydər Əliyevin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verdi.


Qonaqpərvərliyə görə minnətdarlığını bildirən Bolqarıstanın sabiq Prezidenti Peter Stoyanov Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini qeyd etdi və gündən-günə inkişaf edən paytaxtımızın belə mötəbər tədbirlərə ev sahibliyi etməsini yüksək qiymətləndirdi. O, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin önəmini vurğuladı, Fonda gələcək fəaliyyətində uğurlar arzuladı.


FOTO