005.JPG
10 oktyabr 2011

Dünya şöhrətli alim, akademik Sergey Kapitsa ilə görüş

Oktyabrın 10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, xoşməramlı səfir Mehriban xanım Əliyeva Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda iştirak edən dünya şöhrətli alim, akademik, “Oçevidnoye-neveroyatnoye” televerilişinin aparıcısı Sergey Kapitsa ilə görüşmüşdür. 


Görkəmli alimi Azərbaycanda salamlayan Mehriban xanım Əliyeva Sergey Kapitsanın Beynəlxalq Humanitar Forumda iştirakından məmnun olduğunu bildirmişdir.


Heydər Əliyev Fondunun prezidenti Azərbaycan-Rusiya əlaqələrindən danışaraq, Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verdi. Mehriban xanım Əliyeva Fondun Rusiyadakı nümayəndəliyinin fəaliyyətinə toxunaraq, həyata keçirilən birgə layihələrin ölkələrimiz arasında dostluq münasibətlərini daha da möhkəmləndirdiyini dedi.


Bakıya səfərindən məmnun olduğunu deyən Sergey Kapitsa paytaxtımızda aparılan geniş abadlıq-quruculuq işlərinə heyran qaldığını bildirdi. O, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin əhəmiyyətini vurğulayaraq, Fondun ali məqsədlərə xidmət etdiyini diqqətə çatdırdı.


Qonaq Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun ölkələr və xalqlararası qarşılıqlı dialoqa layiqli töhfə verəcəyinə əminliyini ifadə etdi.


FOTO