002.JPG
10 oktyabr 2011

UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuura ilə görüş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva oktyabrın 10-da UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuura ilə görüşmüşlər.


Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun əhəmiyyətinə toxunan UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuura son illər ölkəmizdə çox mühüm humanitar təşəbbüslərin həyata keçirildiyini vurğuladı. Koişiro Matsuura dünyanın görkəmli alimlərinin və ictimai xadimlərinin Forumda iştirakını tədbirə olan beynəlxalq marağın ifadəsi kimi qiymətləndirdi.

 

Dövlətimizin başçısı UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuuranı yenidən ölkəmizdə görməyindən məmnunluğunu bildirdi. Bakı Beynəlxalq Humanitar Forumunu əhəmiyyətli hadisə kimi dəyərləndirən Prezident İlham Əliyev ölkəmizin artıq beynəlxalq humanitar təşəbbüslərin mərkəzinə çevrildiyini vurğuladı. 


FOTO