003.JPG
15 sentyabr 2014

Mehriban Əliyeva Səbail rayonundakı “Könül” körpələr evi-uşaq bağçasında yaradılmış şəraitlə tanış olub

Sentyabrın 15-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Səbail rayonundakı “Könül” körpələr evi-uşaq bağçasında olub.

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilmiş körpələr evi-uşaq bağçasında yaradılmış vəziyyətlə tanış olan Mehriban Əliyevaya məlumat verilib ki, 1974-cü ildə tikilən 3 korpuslu bağçanın ümumi sahəsi 4 min kvadratmetrdir. 110 uşağın təlim-tərbiyə aldığı bağçanın həyətində ümumi sahəsi 600 kvadratmetr olan və 90 uşaq üçün nəzərdə tutulan ikimərtəbəli əlavə yeni korpus tikilib.

 

Bağçada təmir işləri yüksək səviyyədə həyata keçirilib, hər iki korpusda əlavə dizayn işləri görülüb. Korpusların dam örtüyü, bütün otaqlar, musiqi və oyun zalları, tibb kabineti, mətbəx və yardımçı otaqlar tamamilə yenilənib. Otaqların hamısı Heydər Əliyev Fondunun hədiyyəsi olan zəruri invertarla, lazımi mebel dəstləri, soyuducular, televizorlar, uşaq oyuncaqları və digər avadanlıqla təchiz edilib. Bütün korpuslarda yanğından mühafizə sistemi quraşdırılıb, kommunikasiya xətləri yenilənib və yeni istilik sistemi qurulub.

 

Həyətdə uşaqlara yol hərəkəti qaydalarını öyrətmək üçün xüsusi meydança da yaradılıb.


FOTO

VİDEO