002.jpg
21 dekabr 2011

Mehriban Əliyeva Nəsir İmanquliyevin 100 illik yubileyinə həsr olunmuş mərasimdə iştirak edib

Dekabrın 21-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli ictimai-siyasi xadim, milli mətbuatımızın klassiki Nəsir İmanquliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimi keçirilmişdir.


Mərasimdə Azərbaycanın birinci xanımı Mehriban  Əliyeva iştirak etmişdir.

 

Filarmoniyanın foyesində Nəsir İmanquliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi açılmışdır.

 

Görkəmli jurnalistin nəvələri – Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva sərgi ilə tanış olmuşlar.

 

Təntənəli mərasim Nəsir İmanquliyevin həyat və fəaliyyətinə həsr edilmiş sənədli filmin nümayişi ilə başlamışdır. Mərasim konsert proqramı ilə davam etmişdir.


FOTO