005.JPG
9 may 2012

Şüvəlan qəsəbəsindəki 78 nömrəli körpələr evi-uşaq bağçasının açılışı

Mayın 9-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Şüvəlan qəsəbəsindəki 78 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.


Birinci xanıma məlumat verilib ki, binada yenidənqurma işlərinə Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 2011-ci ilin fevralında başlanmışdır. 120 yerlik körpələr evi-uşaq bağçası iki mərtəbədən və zirzəmidən ibarətdir. Burada uşaqların gimnastika və intellektual idman növü sayılan şahmatla məşğul olmaları, öz fantaziyalarını rəsm vasitəsilə reallaşdırmaları, musiqi zövqlərini formalaşdırmaları üçün xüsusi şərait yaradılmış, idman zalı təhlükəsiz qurğularla təchiz olunmuşdur. Binanın zirzəmisində anbar, camaşırxana, qabyuma, arxiv və digər otaqlar yerləşir. Yeməkxana müasir tələblərə cavab verir və uşaqların naharla təminatı mərkəzləşmiş qaydada həll edilir. Bunun üçün binanın zirzəmisindəki mətbəxdə hazırlanan yeməklər yük lifti vasitəsilə mərtəbələrə paylanır. Hər qrupun ayrıca mətbəxi vardır. Burada altı qrup – bir orta, bir kiçik, iki böyük və iki məktəbə hazırlıq qrupu vardır.


Körpələr evi-uşaq bağçasının həyətyanı sahəsində uşaq oyun meydançaları yaradılıb, 50 kubmetrlik içməli su, 80 kubmetrlik yanğın əleyhinə su anbarları tikilib. İşıqlandırma sisteminin tamamilə yeniləndiyi bağçada təhlükəsizlik kameraları və siqnal sistemləri də quraşdırılıb. 


FOTO