3 may 2013

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində VI intellekt olimpiadası keçirilib

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Heydər Əliyev Fondunun dəstəyi ilə məktəblilər arasında VI intellekt olimpiadası keçirilib.


Olimpiada ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub.


Olimpiadada 20 komanda iştirak edib.


Bilik yarışı informasiya və kommunikasiyaların tətbiqi ilə onlayn rejimdə ana dili, riyaziyyat, kimya, biologiya, coğrafiya, ingilis dili fənlərini əhatə edərək sürət, məntiq və diqqət nominasiyaları üzrə keçirilib.


Hər bir iştirakçıya sertifikat verilməklə yanaşı I, II və III yerlərə layiq görülmüş komandalar diplom və hədiyyələrlə mükafatlandırılıblar.