5 mart 2014

Füzuli rayonunda yeni uşaq bağçasının təməli qoyulub

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Füzuli rayonunun Bala Bəhmənli kəndində 60 yerlik uşaq bağçası üçün inşa olunacaq yeni binanın təməlinin qoyulması mərasimi keçirilib.


Yeni uşaq bağçasında qruplar üçün məşğələ və yataq otaqları, həmçinin musiqi, həkim və digər otaqlar yaradılacaq. Uşaq bağçasının cari ildə istifadəyə verilməsi nəzərdə tutulur.


Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə ötən il Horadiz şəhərində 240 şagird yerlik məktəb binası tikilərək istifadəyə verilib. Hazırda Heydər Əliyev Fondunun təşəbbüsü ilə Horadiz şəhərində 100 yerlik uşaq bağçasının tikintisi davam etdirilir.