12 iyun 2014

Badamdar qəsəbəsində uşaq bağçası əsaslı təmir olunacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Badamdar qəsəbəsində daha bir uşaq bağçasının əsaslı təmiri və yenidən qurulması işləri həyata keçiriləcək. Artıq bununla əlaqədar layihə sənədləri hazırlanıb. Hazırda 110 uşağın tərbiyə aldığı, ümumi ərazisi 3500 kvadratmetr olan körpələr evi-uşaq bağçası 3 korpusdan və musiqi zalından ibarətdir.

 

Qəsəbədə məktəbəqədər təhsil müəssisələrinə olan tələbat artdığından,bağçanın həyətində 80 uşaq üçün əlavə korpus tikiləcək.