02_ISMAYILLI BAXCA.JPG
22 sentyabr 2014

İsmayıllıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş körpələr evi-uşaq bağçasının açılışı olub

Sentyabrın 22-də İsmayıllı rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş körpələr evi-uşaq bağçasının açılışı olub.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

 

120 yerlik körpələr evi-uşaq bağçasının ümumi ərazisi 520 kvadratmetrdir. O, ən müasir tələblər səviyyəsində inşa olunub. Burada tibb otağı, zəruri qurğular və oyuncaqlarla təchiz edilmiş idman zalı var. 120 yerlik yeməkxanada da uşaqların normal qidalanmaları üçün bütün imkanlar yaradılıb. Binadakı yataq və oyun otaqları uşaqların zövqünə uyğun tərtib edilib. Körpələr evi-uşaq bağçasının ərazisinə dekorativ hasar çəkilib, oyun meydançaları yaradılıb. Bina ən müasir infrastrukturla təchiz edilib.


FOTO