14285893856023414417_750x500.jpg
9 aprel 2015

İnformatika üzrə Ümumrespublika Olimpiadasında NDU-nun komandası finala vəsiqə qazanıb

Bakıda Heydər Əliyev Fondunun, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” keçirilib.


İlkin mərhələdə respublikanın 17 ali təhsil müəssisəsindən 66 komandanın iştirakı ilə keçirilən Olimpiadanın birinci mərhələsində uğurla çıxış edən Naxçıvan Dövlət Universitetinin NDU komandası final mərhələsinə vəsiqə qazanıb. Komanda müasir informasiya-kommunikasiya texnologiyalarının mənimsənilməsi və tətbiqi, informatika sahəsində nəzəri bilik səviyyəsi ilə fərqlənərək finala çıxıb.