1441201389150411086_1000x669.jpg
2 sentyabr 2015

Heydər Əliyev Fondunun dəstəyi ilə Balakən şəhərində inşa edilən bağçanın tikintisi başa çatıb

Heydər Əliyev Fondunun həyata keçirdiyi “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində Balakən şəhərində inşa edilən 100 yerlik uşaq bağçasının tikintisi başa çatıb.

 

İki mərtəbəli binanın tikintisinə cari ilin martında başlanılıb. Milli memarlıq üslubunda tikilən binada yataq, məşğələ və oyun otaqları, musiqi zalı, mətbəx, yeməkxana yerləşir. Binanın həyətində yanğın əleyhinə və içməli su çənləri qoyulub, transformator, nasosxana quraşdırılıb. Həyət tam abadlaşdırılıb, uşaqlar üçün istirahət guşələri yaradılıb.

 

Uşaq bağçasının yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.