_DSC1050.JPG
7 sentyabr 2015

Heydər Əliyev Fondunun dəstəyi ilə Füzulinin Bala Bəhmənli kəndində inşa edilən körpələr evi-uşaq bağçası istifadəyə verilib

Sentyabrın 7-də Füzuli rayonunun Bala Bəhmənli kəndində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən körpələr evi-uşaq bağçası istifadəyə verilib.

 

İki mərtəbəli 60 çarpayılıq binada uşaqların təlim-tərbiyəsi, intellektual, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması üçün hər cür şərait yaradılıb. Burada müasir təlim-tərbiyə qaydalarına uyğun qruplar formalaşdırılıb. Otaqlar bütün zəruri ləvazimat və avadanlıqlar ilə təchiz olunub. Bağçanın ərazisi abadlaşdırılıb, yaşıllıq zolaqları salınıb.


FOTO