002.JPG
18 oktyabr 2011

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Şüvəlan qəsəbəsindəki A. S. Makarenko adına Respublika Humanitar Fənlər Təmayüllü Gimnaziyada olub

Oktyabrın 18-də Mehriban xanım Əliyeva Şüvəlan qəsəbəsindəki A.S.Makarenko adına Respublika Humanitar Fənlər Təmayüllü Gimnaziyada olmuşdur.

Rəmzi lenti kəsən Azərbaycanın birinci xanımına gül dəstəsi təqdim olundu.

700 yerlik gimnaziyada 38 sinif otağı, multimedia və fənn kabinetləri, 2 kompyuter sinfi, kimya, fizika laboratoriyaları, dərslik, dünya, şifahi xalq və müasir dövr ədəbiyyatından ibarət zəngin kitabxana mövcuddur. Hazırda burada 611 şagird təhsil alır. Sinif otaqları, laboratoriyalar, fənn kabinetləri əyani vəsaitlərlə, müasir avadanlıqlarla təchiz olunmuşdur.

Gimnaziyanın həyətində süni örtüklü futbol, basketbol və voleybol meydançaları, həmçinin müxtəlif idman avadanlıqları qurulmuşdur.

Milli Məclisin deputatı Mehriban xanım Əliyeva yataqxana korpusu ilə də tanış oldu. İki yataqxana binasında ümumilikdə 48 yataq otağı, dərsdənkənar məşğələ sinifləri, tibb məntəqəsi, istirahət guşələri var. Hazırda gimnaziyanın yataqxanasında 150 nəfər yaşayır.


FOTO