002.JPG
19 oktyabr 2011

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Binə qəsəbəsində inşa olunmuş S.Abbasov adına 117 saylı tam orta məktəbin açılışında iştirak edib

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva oktyabrın 19-da Bakının Xəzər rayonunun Binə qəsəbəsində inşa olunmuş S.Abbasov adına 117 saylı tam orta məktəbin açılışında iştirak etmişdir.


Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu. Sonra açılışı bildirən rəmzi lent kəsildi.


Məktəblə tanış olan Azərbaycanın birinci xanımına məlumat verildi ki, yararsız vəziyyətdə olan məktəb binası 2010-cu ilin dekabrında sökülərək Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində yenidən tikilmişdir. 3 hektar ərazini əhatə edən məktəb 2040 şagird, 81 sinif, 4 kompyuter otağı, akt və idman zalları, laboratoriyalar, kitabxana, həkim kabineti, əmək emalatxanalarından ibarətdir. Binanın foyesində ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin təhsilə qayğısını əks etdirən fotostend qurulmuşdur. Məktəbin həyətində süni örtüklü yeni idman meydançası vardır. Təhsil müəssisəsində 140 müəllim çalışır. Kompyuter otaqlarının avadanlığı məktəbə Fond tərəfindən hədiyyə edilmişdir.


Mehriban xanım Əliyeva məktəbin sinif və kompyuter otaqları, yeməkxanası, laboratoriyasına baxdı, binanın istilik təchizatı ilə maraqlandı. Bildirildi ki, bütün otaqlarda ən müasir istilik sistemi quraşdırılmışdır.



FOTO