001.JPG
19 oktyabr 2011

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Türkan qəsəbəsində əsaslı təmirdən sonra istifadəyə verilmiş D.Cəbrayılov adına 119 saylı məktəbin açılışında iştirak edib

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva oktyabrın 19-da Xəzər rayonunun Türkan qəsəbəsində əsaslı təmirdən sonra istifadəyə verilmiş D.Cəbrayılov adına 119 saylı məktəbin açılışında iştirak etmişdir.


Rəmzi açılış lentini kəsən Heydər Əliyev Fondunun prezidentinə gül dəstəsi təqdim olundu.


Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilmiş məktəb binası və ibtidai siniflər üçün inşa olunmuş yeni korpusla tanış olan Azərbaycanın birinci xanımı musiqi kabineti, siniflər, yeməkxana, akt və idman zallarına baxdı.


Məlumat verildi ki, 550 yerlik məktəb binası 1966-cı ildə tikilmişdir. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində əsaslı təmir olunan məktəb yüksək keyfiyyətli avadanlıqla təchiz edilmişdir. Əlavə olaraq ibtidai sinif şagirdləri üçün tikilmiş 300 yerlik yeni korpusda isə 238 uşaq təhsil alır. Məktəbə Fond tərəfindən 40 kompyuter hədiyyə edilmişdir. Binada ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev, həmçinin Mehriban xanım Əliyevanın təhsilə qayğısını əks etdirən fotoguşə, müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan 120 nəfərlik akt zalı, 18 min kitabın saxlanıldığı kitabxana, bufet vardır. Məktəb binası mərkəzləşdirilmiş kamera-nəzarət sistemi ilə təchiz olunmuşdur.



FOTO