1.jpg
23 dekabr 2015

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Cəlilabad şəhər 5 nömrəli körpələr evi-uşaq bağçası üçün inşa edilmiş yeni bina istifadəyə verilib

Dekabrın 23-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Cəlilabad şəhər 5 nömrəli körpələr evi-uşaq bağçası üçün inşa edilmiş yeni ikimərtəbəli bina istifadəyə verilib.

 

16 otaqdan ibarət olan bağçada balacaların təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb. Təhsil ocağında fəaliyyət göstərəcək dörd qrupun hər birinin məşğələ, oyun, gimnastika zalları, kompyuter, yataq otaqları və yeməkxanası var.

 

Bina yeni avadanlıq və inventarla təchiz edilib. 


FOTO