Fevralın
16-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən Tovuz şəhər 7 saylı körpələr
evi-uşaq bağçasının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
100 yerlik körpələr evi-uşaq bağçasının inşasına 2014-cü ilin sonlarında başlanılıb. Bina ikimərtəbəlidir. Burada müasir təlim-tərbiyə qaydalarına riayət olunmaqla beş qrup fəaliyyət göstərəcək. Təhsil müəssisəsində uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar var. Burada 35 nəfərin işlə təmin edilməsi nəzərdə tutulub. Müəssisə bütün zəruri ləvazimat və təlim avadanlığı ilə təchiz olunub. Bağçanın ərazisində əyləncə meydançaları yaradılıb, attraksionlar quraşdırılıb.