004.JPG
19 oktyabr 2011

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Zirə qəsəbəsində yeni istifadəyə verilmiş uşaq bağçasının açılışında iştirak edib

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva oktyabrın 19-da Zirə qəsəbəsində Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində yeni istifadəyə verilmiş uşaq bağçasının açılışında iştirak etmişdir. 


Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim edildikdən sonra rəmzi açılışı bildirən lent kəsildi.


Bağçada yaradılmış şəraitlə tanış olan Mehriban xanım Əliyeva daha sonra yeməkxana, oyun və idman zalı, musiqi otağı ilə tanış oldu. Azərbaycanın birinci xanımına məlumat verildi ki, 120 yerlik uşaq bağçasında 3-6 yaş arası uşaqlardan ibarət 4 qrup fəaliyyət göstərəcəkdir. 1655 kvadratmetr ərazini əhatə edən uşaq müəssisəsində müasir tələblərə cavab verən bütün şərait yaradılmışdır.


Yeni mətbəx və yemək ləvazimatları ilə təchiz olunmuş yeməkxanada uşaqların sağlam və düzgün qidalanması təmin olunacaqdır. Müxtəlif musiqi alətləri ilə təchiz edilmiş otaqda isə balacaların musiqi istedadını kəşf və inkişaf etdirmək üçün əsl imkan vardır.


Həyətdə qurulmuş uşaq meydançası, gözoxşayan köşklər balacaların maraqlı və şən vaxt keçirmələrinin təminatçısı olacaqdır. Uşaqların təhlükəsizliyinə nəzarət mərkəzləşdirilmiş kamera sistemi ilə aparılacaqdır. 



FOTO