01_AGSTAFA-MAKTAB.jpg
19 sentyabr 2023

Ağstafada Vurğun qəsəbəsində yeni məktəb binası istifadəyə verilib

Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin daha bir ünvanı Ağstafa rayonunun Vurğun qəsəbəsi olub. Yeni inşa edilən Habil Əzizov adına tam orta məktəb müəllim və şagirdlərin istifadəsinə verilib.

 

Qəsəbədəki H.Əzizov adına tam orta məktəb 1972-ci ildə inşa olunmuşdu. Bina keyfiyyətli tədris prosesi üçün artıq köhnəlmişdi. Bunu nəzərə alaraq Heydər Əliyev Fondunun bu ilin mart ayında yeni məktəb binasının inşası üçün başladığı işlər artıq yekunlaşıb. 420 şagird yerlik üçmərtəbəli təhsil ocağı dörd korpusdan ibarətdir. Sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, qızlar və oğlanlar üçün əmək təlimi otaqları zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə təchiz edilib.

 

Məktəbdə zəngin kitabxana, yeməkxana, akt və idman zalları, eləcə də açıq idman meydançası müəllim və şagirdlərin ixtiyarına verilib.


FOTO