001.JPG
14 sentyabr 2012

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Zirə qəsəbəsində 120 nömrəli tam orta məktəbin açılışında iştirak edib

Sentyabrın 14-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin Xəzər rayonundan deputatı Mehriban Əliyeva Xəzər rayonu Zirə qəsəbəsində yeni inşa edilən Nüsrət Yaqubov adına 120 nömrəli tam orta məktəbin açılışında iştirak edib.

 

Mehriban Əliyeva məktəbin rəmzi açılışını bildirən lenti kəsdi. Birinci xanım məktəbdə yaradılan şəraitlə yaxından tanış oldu. Məlumat verildi ki, 1960-cı ildə tikilən iki korpusdan ibarət məktəb Heydər Əliyev Fondunun təşəbbüsü ilə ötən ilin avqustunda sökülərək yerində 5 korpuslu yeni təhsil ocağı inşa edilib. Hazırda məktəbdə 1404 şagirdin təhsil almaq imkanı vardır.

 

Mehriban Əliyeva sinif otaqlarına və fənn kabinetlərinə baxdı. Məktəbdə 54 sinif otağı, fənn kabinetləri, zəngin kitab fonduna malik kitabxana, elektron kitabxana, kompyuter və linqafon otaqları, akt və konfrans, şagirdlər üçün istirahət zalları, yeməkxana, bufet, müəllim otaqları yaradılıb.

 

Məktəbin həyəti abadlaşdırılıb, bəzək kolları və dekorativ ağaclar əkilib. Burada şagirdlər üçün istirahət guşələri yaradılıb.

 

Birinci xanım yeni inşa edilən idman meydançası ilə də tanış oldu. 52 tamaşaçı yeri olan meydançaya süni ot örtüyü döşənib. Burada qaçış zolağı, basketbol, voleybol, tennis və mini futbol meydançaları da vardır. Meydançada, həmçinin hərbi hazırlıq təlimlərinin keçirilməsi də mümkündür.



FOTO