RUMINIYA SAFIRLIYI-H.ALIYEV-87.jpg
10 may 2010

Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü Rumıniyada da qeyd edilib

Mayın 10-da Rumıniyanın paytaxtı Buxarestdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar mərasim keçirilmişdir.


Azərbaycanın Buxarestdəki səfirliyindən bildirmişlər ki, ulu öndər Heydər Əliyevin adını daşıyan parkda keçirilmiş mərasimdə səfirliyin əməkdaşları, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan Ticarət Palatası, ARDNŞ-in Rumıniya nümayəndəliyi, Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyası, həmvətənlərimiz, rumın, türk və tatar ictimaiyyətinin təmsilçiləri iştirak etmişlər.


Mərasimdə çıxış edənlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən danışmış, ulu öndərin xalqının müstəqilliyi, suverenliyi və tərəqqisi uğrunda ağır mübarizədə keçən məşəqqətli və şərəfli həyat yolundan ətraflı bəhs etmişlər. Dərin tarixi köklərə malik Azərbaycan ilə Rumıniya arasında hazırda mövcud olan strateji tərəfdaşlıq əlaqələrinin təməlinin Heydər Əliyev tərəfindən qoyulması xüsusi vurğulanmışdır.

 

Sonra mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin büstünün önünə əklil və tər güllər qoymuş, ümummilli liderin xatirəsinə ehtiramlarını bildirmişlər.


Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin binasında isə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi təşkil olunmuş və ulu öndərə həsr olunmuş sənədli film göstərilmişdir. 


FOTO