002.JPG
18 iyun 2008

Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanın başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olub

Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanın başçılıq etdiyi nümayəndə heyəti iyunun 18-də Heydər Əliyev Fondunda olmuşdur.


Qonaqlara Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar barədə ətraflı məlumat verildi.

 

Onlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında yazılmış kitablarla tanış olmuş, dünyanın nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə maraqlanmış, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxmışlar. Türk dünyasının böyük oğlu Heydər Əliyevin qardaş ölkəyə səfərlərini, eləcə də, Türkiyə Cümhuriyyətinin dövlət və hökumət rəhbərlərinin Azərbaycana səfərlərini, birgə görüşləri əks etdirən fotolar qonaqlarda xüsusi maraq doğurdu.

 

Türkiyə parlamentinin sədri Köksal Toptan Fondla tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazdı.

 

Hörmətli qonaq Heydər Əliyev Fonduna xüsusi hədiyyəsini təqdim etdi, buradan xoş və zəngin təəssüratla ayrıldığını bildirdi.


FOTO