16.jpg
26 sentyabr 2008

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofs ilə görüşüb

Sentyabrın 26-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO- nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofs ilə görüşmüşdür.

 

Mehriban xanım Əliyeva hörmətli qonağı böyük səmimiyyətlə qarşıladı, xanım Sandra Elizabet Rulofsu yenidən Bakıda görməkdən məmnunluğunu bildirdi.

 

Xanım Sandra Elizabet Rulofs xoş sözlərə, hər görüşdə hiss etdiyi səmimi münasibətə görə Mehriban xanıma təşəkkür etdi.

 

Görüşdə ölkələrimiz və xalqlarımız arasında münasibətlərin yüksək səviyyədə olması xüsusi vurğulandı, əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.


FOTO