DSC_1749.JPG
13 dekabr 2012

Moskvada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş konfrans keçirilib

Dekabrın 12-də Ümumrusiya Azərbaycanlılar Konqresi Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin iştirakı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş konfrans keçirib.


“Yunost” mehmanxanasının konfrans zalında təşkil edilmiş tədbirdə əvvəlcə ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən sənədli film göstərilmişdir. Azərbaycandan və Rusiyadan dövlət rəsmilərinin, ictimaiyyət nümayəndələrinin qatıldığı tədbir çıxışlarla davam etmişdir.  


Konfrans zalında Heydər Əliyev Fondunun arxivlərində saxlanılan nadir fotoşəkillər sərgilənmişdir.


FOTO