АСТР1.JPG
15 aprel 2014

Həştərxandakı Heydər Əliyev adına məktəbin ən yaxşı şagird və müəllimləri mükafatlandırılıblar

Həştərxan şəhərindəki Heydər Əliyev adına məktəbdə təhsildə və idmanda fərqlənmiş 10 şagirdə və ən yaxşı 5 müəllimə Heydər Əliyev Fondunun həvəsləndirici mükafatlarının təntənəli təqdimat mərasimi keçirilib.

 

Mərasimdə Bakı şəhərinin Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşid Ağayev, Ümumrusiya Azərbaycanlılar Konqresinin Həştərxan regional bölməsinin sədri Ədalət Hüseynov, “Azərbaycan” milli mədəni cəmiyyətinin sədri Vahid Rəhimov, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) regional bölməsinin rəhbəri Elvin Hüseynov, məktəbin müəllimləri və şagirdləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Rəşid Ağayev tədbir iştirtakçılarına Heydər Əliyev Fondunun fəaliyyəti haqda məlumat verib.

 

Daha sonra məktəbin ən yaxşı şagirdlərinə və müəllimlərinə Heydər Əliyev Fondu adından həvəsləndirici mükafatlar təqdim edilib.


FOTO