1398259720.jpg
23 aprel 2014

Bakıda “Kapri Trend. Kapri-İtaliyadan səyyar fotosərgi” adlı italyan sərgisi açılacaq

Aprelin 26-da Müasir İncəsənət Muzeyində “Kapri Trend. Kapri-İtaliyadan səyyar fotosərgi” adlı italyan sərgisi açılacaq.

 

Sərgi Kapri Fondunun Heydər Əliyev Fondu və Müasir İncəsənət Muzeyi ilə birgə əməkdaşlığı çərçivəsində təşkil ediləcək.

 

Kapri Fondu 2009-cu ildə sahibkarlar qrupu və yerli hökumət orqanları tərəfindən Kapri adasının inkişafı məqsədilə yaradılıb. O, fəaliyyətinin 5 illiyinə həsr olunan “Kapri Trend” adlı ilk sərgisini 5 müxtəlif ölkədə təqdim edəcək.

 

Sərgidə məşhur italyan fotoqrafları Ferdinando Skianna, Olivo Barbyeri, Mauritsio Qalimberti, Françesko Codise və İrene Kunin 30-a yaxın əsərləri nümayiş olunacaq.

 

Sərgi mayın 31-dək davam edəcək.