14128700941681918920_600x400.JPG
9 oktyabr 2014

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbdə olub

Oktyabrın 9-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbdə təhsil şəraiti ilə tanış olub.

 

1927-ci ildən fəaliyyət göstərən məktəbdə əqli və fiziki cəhətdən geri qalmış, psixi inkişafında ləngiməsi olan 930 şagird təhsil alır. Onlardan 130-na məktəbdə, qalanlarına isə evlərdə fərdi qaydada dərs keçilir. Azərbaycan və rus bölmələrinin olduğu xüsusi məktəb Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2003-cü ildə əsaslı təmir edilib.

 

Leyla Əliyeva uşaqlarla görüşüb, şagirdlərin təhsili ilə maraqlanıb.

 

Şagirdlərə kompyuterlər, dərs ləvazimatları, çantalar hədiyyə olunub.


FOTO

VİDEO