1416220976903360788_600x400.JPG
17 noyabr 2014

İkinci Beynəlxalq Aşıq Festivalı çərçivəsində Şəmkirdə konsert olub

Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə keçirilən İkinci Beynəlxalq Aşıq Festivalı çərçivəsində növbəti konsert noyabrın 17-də Şəmkirdəki Əhməd Cavad adına mədəniyyət sarayında keçirilib.


Azərbaycanla yanaşı, Türkiyə, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan və Dağıstandan sənətkarların qatıldığı mərasimdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, professor Qəzənfər Paşayev, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev çıxış ediblər.


Çıxışlarda bu gün aşıq sənətinin inkişafının Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri sayəsində yeni mərhələyə qədəm qoyduğu vurğulanıb.

 

Konsertdə festivala qatılan aşıqların ifaları dinlənilib.


FOTO