1418765498498926175_750x500.jpg
17 dekabr 2014

Parisdə Milad bayramı ilə bağlı keçirilən yarmarkada Azərbaycan da təmsil olunur

Milad bayramı ərəfəsində Fransanın paytaxtı Parisin mərkəzində yerləşən Can-Jermən de Pre meydanında ənənəvi yarmarka təşkil olunub. Yarmarkada Parisdə fəaliyyət göstərən “Azərbaycan evi”nin təşkilatçılığı ilə Azərbaycan da təmsil olunur.

 

Yarmarkada Azərbaycan guşəsinin təşkilinə Heydər Əliyev Fondu, Azərbaycanın Fransadakı səfirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycanın Dostları Assosiasiyası dəstək veriblər.

 

Azərbaycan guşəsində ölkəmizin tarixinə, mədəniyyətinə, turizm imkanlarına, təbiətinə, zəngin mətbəx nümunələrinə, 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına dair kitablar, broşürlər, milli musiqi nümunələrinin toplandığı disklər təqdim edilir, qonaqları maraqlandıran suallara ətraflı cavab verilir.

 

Eyni zamanda, onlara Azərbaycanda istehsal olunan kəlağayılar, kiçik həcmli xalçalar, mürəbbələr, çaylar, müxtəlif şərab növləri, Azərbaycan mətbəxinin təamları təqdim olunur.

 

Yarmarka 2015-ci il yanvarın 4-dək davam edəcək.


FOTO