VUQ_9521.jpg
17 sentyabr 2015

Heydər Əliyev Fondu tərəfindən nəşr olunan kitablar beynəlxalq sərgidə nümayiş etdirilib

Heydər Əliyev Fondu tərəfindən nəşr olunan və müxtəlif sahələri əhatə edən kitablar 4-cü Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında nümayiş etdirilib.

 

Qeyd edək ki, Heydər Əliyev Fondu Azərbaycanda ayrı-ayrı sahələrin inkişafı, Azərbaycan tarixi və mədəniyyətinin, incəsənətinin yaşadılması istiqamətində bir sıra layihələr çərçivəsində müxtəlif kitab, buklet və kataloqların nəşrini həyata keçirib. Bu nəşrlər mövzu, dizayn və poliqrafik keyfiyyəti ilə həm də Azərbaycanda kitab nəşri sahəsinin inkişafına öz töhfəsini verib.

 

Azərbaycan, ingilis, rus, alman və digər dillərdə hazırlanan nəşrlər ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsi, Azərbaycan tarixinin araşdırılması, Qarabağ həqiqətlərinin öyrənilməsi, mədəniyyət və incəsənətin müxtəlif sahələrinin, elm və incəsənət xadimlərinin yaradıcılığının yaşadılması, eləcə də dünyada tanıdılması baxımından əhəmiyyət kəsb edir. Xatırladaq ki, Heydər Əliyev Fondu tərəfindən nəşr olunan kitablar ölkəmizdən kənarda müxtəlif tədbirlər çərçivəsində izləyicilərə təqdim edilir və bu çap məhsulları böyük maraqla qarşılanır.

 

Oxucular, həmçinin Fondun nəşrləri ilə Bakıda təşkil olunan 4-cü Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında da tanış ola biliblər. 


FOTO